4 Mart 2015 00:49
490

Danimarka Mərkəzi Bankı bu ilin fevral ayında milli valyutasının məzənnəsinin qorunması məqsədi ilə valyuta intervensiyalarına 168,7 mlrd Danimarka kronu (25 mlrd dollar) sərf edib.

Teleqraf.com-un “Röyters”ə istinadən məlumatına görə, bu barədə Danimarka Mərkəzi Bankının açıqlamasında bildirilir.

Bu şəraitdə ölkənin valyuta ehtiyatları tarixi maksimumu yeniləyərək bu ilin fevralın sonuna olan məlumata əsasən 737,1 mlrd krona (110,8 mlrd dollar) çatıb

Qeyd edək ki, bir ay əvvəl, bu ilin yanvarında, qeyd olunan göstərici 564,1 mlrd kron (84,8 mlrd dollar) olub.


Müəllif: