4 Mart 2015 08:59
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus “məxfi materiallardan lazımi qaydada istifadə etməməkdə” təqsirli olduğunu etiraf edib.

Teleqraf.com-un “BBC”yə istinadən məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.

MKİ-nin sabiq rəhbəri məxfi məlumatları o zaman yaxın münasibətlərdə olduğu “New York Times” nəşrinin jurnalisti Paula Broudelə ötürdüyünü etiraf edib.

Qeyd edək ki, general Petreusun Broudel ilə münasibətləri ictimaiyyətə bəlli olduqdan sonra o, 2012-ci ildə vəzifəsindən istefa verib.

“New York Times” məlumat verir ki, istintaqla əməkdaşlıq etdiyinə görə, Petreus barəsində məhkəmə prosesi keçirilməyəcək.

General Devid Petreus Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə komandanlıq edib, 2011-ci ildə isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunub.


Müəllif: