Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Modern.az Kremlin saytına istinadən xəbər verir ki, təşəbbüs V. Putin tərəfindən olub və o baş nazirə zəng edib.
Kreml rəhbəri may ayının 13-də Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciə ilə bağlı R.T. Ərdoğana bir daha başsağlığı verib. “Səmimi şəfqət sözləri demək üçün R.T. Ərdoğanla əlaqə saxlanılıb”,-deyə Kremlin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə də V. Putin faciə ilə əlaqədar Türkiyə dövlət başçısı Abdulla Gülə və baş nazir R.T.Ərdoğana başsağlığı mesajı ünvanlamışdı.