4 Mart 2015 11:05
2 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda buddist rahibin dini mərasimdə çılpaq qadının sinəsinə müqəddəs yazılar yazması sərt reaksiya ilə qarşılanıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu görüntü sosial mediada paylaşıldıqdan qısa müddət sonra ölkədə etiraza səbəb olub.

Buddizm inancına görə, qadınlara toxunmaları qadağan olunan buddist rahiblər yalnız dini mərasimlər zamanı qadınların alınlarına müqəddəs yazılar yaza bilərlər. Belə dini mərasimlərdə buddist rahiblərə yalnız kişilərin sinəsinə müqəddəs yazılar yazmağa icazə verilir.

Görüntülərdən sonra açıqlama verən qadın özünə haqq qazandırmağa çalışıb: “Mən qadın deyilən, transseksualam”.

Lakin onun bu açıqlamasına heç kim inanmayıb.

Samir


Müəllif: