4 Mart 2015 16:47
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda aparılan genetik tədqiqatlarda ermənilərin yarısının türk mənşəli olduğu ortaya çıxıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistanda 2000-ci ildən bu yana davam etdirilən Genetik Mənşə Araşdırmaları ilə bağlı məlumat verən genetika mütəxəssisi Doktor Osman Çataloluk ermənilərin 49 faizinin Türk-Qıpçaq mənşəli olduğu qənaətinə gəlib və bu vəziyyətdən narahat olan Ermənistan hökumətinin araşdırmanı dayandırdığını bildirib.

Çataloluk araşdırmanın nəticələrinin həqiqət olduğunu və ermənilərin bunu uzun müddətdir rədd etdiyini söyləyib: “Qaziantepdən başlayan, Sivas, Amasya, Tokat yolu ilə Samsunu, buradan da Qara dəniz sahili boyunca Gürcüstan və Ermənistanı əhatə edən şəxsi genetik tədqiqatlarda yüzlərlə R1B-M269 mutasiya növünə rast gəlinib. Bu mutasiyanın 4700 il tarixi var. Bu tarix Subar-Şumer savaşı ilə üst-üstə düşür. Şumerdən qaçan Subar prototürk icması Anadoluya keçərək burada, bir qismi isə Qara dəniz boyunca məskunlaşıb. Qıpçaqların əcdadları bu prototürk qrupdur. Bu həqiqətlər indi ortaya çıxır”.

Samir


Müəllif: