16 May 2014 17:38
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Rusiyanın “Rosneft” şirkətinin direktoru İqor Seçinə və "Rostex"in rəhbəri Sergey Çemezova qarşı sanksiyadan imtina edib.

“Axar.az” xəbər verir ki, bunu “Röyter” agentliyinə Kanada hökumətinə yaxın olan bir mənbədən məlumat verilib. Bu məlumatın təsdiqi isə hələ mövcud deyil. "Rosneft" 2012-ci ildə imzalanan Kanadanın “Alberta” neft layihəsində 30 faiz paya sahibdir.

"Rostex" isə öz növbəsində Kanadanın ”Bombardier” şirkəti ilə birlikdə “Ulyanovsk” təyyarəsi istehsal etməlidir. Layihənin gəliri 3,4 milyard dollara çata bilər.

Qeyd edək ki, Kanada 80-ə yaxın Rusiya və Ukrayna rəsmiləri və iş adamlarına qarşı sanksiyaların siyahısını dərc edib. Bu arada Kanada Baş naziri Stefen Harper Rusiya prezidenti Vladimir Putini Hitlerə bənzətmişdi.


Müəllif: