5 Mart 2015 04:06
344

ABŞ-ın Cənubi Koreya Respublikasındakı səfiri Mark Lippert hücuma məruz qalıb.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, hadisə Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində səhər saatlarında baş verib.

Hazırda səfirin yaralı vəziyyətdə xəstəxanada olduğu bildirilir. Səfirə hücum edən şəxs hadisə yerində yaxalanıb, onun kimliyi barədə məlumat verilmir.

İnsidentin təfərrüatları hələlik məlum deyil.


Müəllif: