16 Aprel 2014 21:34
2 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Enjoykinin Krım prokuroru Natalia Poklonskaya haqda hazırladığı "Nyash Myash" adlı klipi sosial şəbəkədə xeyli məşhurlaşaraq rekordlar qırmaqdadır.

ANS PRESS-in məlumatına görə, "Nyash Myash”a indiyədək YouTube-də 1.4 milyon insan baxıb. Tanınmış blogger Enjoykin "Nyash Myash” klipində Krım prokurorunun televiziya proqramlarından, onun mətbuat konfransından fraqmentləri, eləcə də animasiya cizgi filmlərindən istifadə edərək Natalia Poklonskaya ilə bağlı maraqlı klip hazırlayıb.

"Bizim insanlar qarşısında olmaq üçün heç bir mənəvi haqqımiz yoxdur. Bu ölkədə prokuror işləmək bizim işimizdir" – deyə klipdə Poklonskaya "oxuyur ".

Qeyd edək ki, 33 yaşlı Poklonskaya mart ayında Rusiyanın bir hissəsi olmuş Krım yarımadasının prokuroru təyin edilib.

Ona qədər dörd namizəd bu postdan imtina edib. Bildirilir ki, Poklonskaya prokurorluq vəzifəsinə razılığını Kiyevdə yeni hökumətin vəhşi hərəkətləri səbəbindən verib.


Müəllif: