5 Mart 2015 16:33
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən hündür dağı olan Himalay dağının Everest zirvəsini əks etdirən unikal video yayılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Himalayda, təxminən 28 dərəcə şimal meridianı ilə 87 dərəcə şərq paralelində, Çin Xalq Respublikasının Nepalla sərhəddində yerləşən Everest təpəsi dünyanın ən hündür zirvəsidir. Hər mövsüm bura təxminən 700 alpinist və bələdçi dırmanır. Everestə mart ayında başlayan dırmanma mövsümü may ayına qədər davam edir.

Xatırladaq ki, 1953-cü ildə yeni zellandiyalı alpinist Edmund Hillari və bələdçisi Tenzinq Norqay tərəfindən kəşf edildikdən sonra 4 mindən çox alpinist Everest zirvəsinə dırmanıb. Fərdi səyahətçilər üçün Everestin fəth olunmasının qiyməti 11 min dollardır.

Bu unikal çəkiliş Himalay dağlarını tam şəkildə əks etdirən ilk videodur.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: