5 Mart 2015 17:33
3 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 20 yaşlı Dəniz Aktaş ilə sevgilisi 40 yaşlı Lokman Bariş arasındakı mübahisə qanla bitib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Antalya vilayətində baş verib. Bir evdə qalan cütlük səhər saatlarında mübahisə etməyə başlayıb. Səs-küyü eşidən qonşular polis çağırıb. Polislərə qapını açmayan Bariş içəridə "Məni xilas edin" deyə qışqıran Dəniz Aktaşa tapançadan atəş açıb. Başı və ürəyindən güllə yarası alan Dəniz Aktaş yerindəcə ölüb.

Teleqraf.com hadisə yerində çəkilən videonu təqdim edir:

Rüstəm


Müəllif: