6 Mart 2015 01:55
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boris Nemtsovun xanım köməkçisi Olqa Şorina Nemtsovun ölümqabağı ona verdiyi qeydləri “Reuters”ə təqdim edib.

Musavat.com-un məlumatına görə, köməkçi ilə Nemtsov Ukraynanın Şərqindəki konfliktdə Rusiya ordusunun iştirakı barədə məruzəni müzakirə ediblər.

“Nemtsov ehtiyat edirdi ki, onu dinləyə bilərlər. Odur ki, kağız üzərində bunu yazdı: “İvanovodan olan desantçılar mənimlə əlaqə saxlayıblar. 17 nəfər həlak olub. Desantçılara pullarını vermirlər. Ancaq indi danışmağa qorxurlar”. O, desantçılarla əlaqədə idi. Bunu necə edirdi, bilmirəm”, - deyə xanım qeyd edib.

“Reuters” kağızda qeyd edilənləri həqiqətən Boris Nemtsova məxsusluğunu təsdiqləyən müstəqil araşdırmaya malik olmadığını bildirib.


Müəllif: