6 Mart 2015 03:11
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın sabiq baş naziri Helmut Şmidt “Söyləmək istədiklərim” adlı son kitabında sirlərini açıqlayıb. Keçmiş nazirin açıqladığı sirlər arasında ən maraqlısı həyat yoldaşı haqqındadır.

O, 68 il evli qaldığı və 5 il öncə həyatını itirən yoldaşı Lokini aldatdığını etiraf edib. Şmiditin sözlərinə görə, 1970-ci ildə Sosial Demokrat Partiyasında çalışarkən bir qadınla münasibəti olub.

Sevgilisi ilə çox görüşdüyü üçün həyat yoldaşı ona boşanmağı təklif edib. Lakin keçmiş nazir boşanmağı heç vaxt düşünmədiyini deyib. Ona görə də sevgilisini tərk edib. H.Şmidit kitabında adını açıqlamadığı qadının 2 il öncə həyatını itirdiyi, onun cənazəsinə getdiyini deyib. /musavat.com/


Müəllif: