6 Mart 2015 10:50
1 138

İngiltərə Baş naziri Devid Kameron təcavüz hallarının artmasından narahat olaraq yeni qərar qəbul etdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, yeni qanuna əsasən, təcavüzü görən, yaxud belə bir vəziyyətdən şübhələnməsinə baxmayaraq, polisə xəbər verməyən sosial işçiləri, müəllim və bələdiyyə üzvlərini həbs gözləyir.

Günahları sübüut ediləcəyi təqdirdə onlar 5 ilə qədər azadlıqdan məhrum ediləcək.

Buna səbəb isə İngiltərənin Rotherham şəhərində son 16 il ərzində 1400-dən çox qız uşağının təcavüzə məruz qalmasıdır.

Rüstəm


Müəllif: