6 Mart 2015 11:35
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kirov bölgəsində damdan düşən buz parçası 1 aylıq körpənin ölümünə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə anı təhlükəsizlik kamerasında əks olunub. Görüntülərdə iki qadının uşaq arabası ilə küçədə getdikləri görünür. Binanın qarşısından keçəndə isə yuxarıdan düşən buz parçası arabadakı uşağın üzərinə düşüb. Dima adlı uşağın hadisə yerində həyatını itirdiyi bildirilir.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif: