6 Mart 2015 12:45
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan NATO-nun Qara dənizdə keçirəcəyi təlimlərə sərt reaksiya gəlib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç məlumat verib.

Onun sözlərinə görə, başda ABŞ olmaqla, Türkiyə, İtaliya, Kanada, Almaniya və Rumıniya dəniz qüvvələrinin iştirak etdiyi təlim təxribat xarakteri daşıyır: “NATO-nun Qara Dənizdə keçirəcəyi təlimi son dərəcə təhlükəli cəhd kimi qiymətləndiririk. Bu cür davranışlar Ukrayna böhranının həllinə əngəllər törədə bilər”.

Samir


Müəllif: