6 Mart 2015 17:37
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" sosial şəbəkəsi martın 12-də bəzi hesablama qaydalarını dəyişdirəcək. Bunun nəticəsi kimi səhifələrin bəyənilmə sayı aşağı düşəcək.

Trend xəbər verir ki, yeniliyə əsasən, sosial şəbəkə aktiv olmayan istifadəçi və səhifələri ifşa edəcək. Bununla, Instagram-dan sonra Facebook-da da aktiv olmayan istifadəçilər bir-bir müəyyənləşdirilərək səhifələrdən çıxarılacaq. Nəticədə aktiv olmayan və yaxud saxta profillərə malik istifadəçilər silindiyi üçün səhifələrin izləyicilərinin sayı azalacaq.

"Facebook" administrasiyası yeniliyi martın 12-də tətbiq edəcəyini bildirsə də, artıq bir sıra səhifələr vaxtından əvvəl bu yeniliyin şahidi olublar.


Müəllif: