7 Mart 2015 01:55
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 6-da Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ dövlət katibinin müavini Entoni Blinken Donbasdakı vəziyyəti müzakirə ediblər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti açıqlama verib.


Görüşdə P.Poroşenko separatçıların təmas xəttindən silahları geri çəkməyə hazır olmadıqlarını bildirib. “Prezident həmsöhbətini Donbasdakı vəziyyət və Ukraynanın Minsk razılaşmasını icra etməsi barədə məlumatlandırıb. Eyni zamanda P.Poroşenko digər tərəfin ATƏT-in müşahidəçi missiyasının nəzarəti altında ağır silahları geri çəkməsinə hazır olmadıqlarını bəyan edib”, sənəddə deyilir.


Müəllif: