8 Mart 2015 12:32

Dünən Çində dəhşətli avtomobil qəzası baş verib.

Hadisə Çinin cənub-qərbində Qiyçjou əyalətində olub. Belə ki, şənbə günü əyalətin Soçjay kəndi yaxınlığındakı şosse yolda yük avtomobili aşıb.

Avtomobilin aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar lazımi tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılıblar.

Polis yol nəqliyyat hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparır./anspress/


Müəllif: