8 Mart 2015 19:47
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hərbi xərclərlə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, silah almağa ən çox Səudiyyə Ərəbistanı pul xərcləyir.

Bi-Bi-Si radiosunun xəbərinə görə, Səudiyyə Ərəbistanı sılah alışına görə dünya lideri olan Hindistanı geridə buraxıb. Amerikanın IHS şirkətinin məlumatına görə, ən çox silah alan ölkələrin siyahısında Çin üçüncü yerdə gəlir. 2013-cü ildə isə Çin siyahıda 5-ci yerdə idi.

ABŞ isə ən çox silah satan ölkələr arasında liderdir. ABŞ-da sonra isə siyahıda Rusiya və Fransa yer alıb.

Nihad


Müəllif: