8 Mart 2015 23:58

Missuri ştatında, Ferguson-da iki polis zabiti - kapitan Rick Henke və serjant William prezident Barak Obama haqda irqçi e-mailə görə işdən qovulublar.

Onlar e-mail-də Obamanı şimpanzeyə oxşadıblar.

Məktubları Ədliyyə Nazirliyinin Ferguson Polisində irqçiliyin geniş yayılması haqda iddiaları araşdıran qrupu aşkar edib.

Bundan əvvəl yerli məhkəmənin yüksək vəzifəli əməkdaşı Mary Ann Twitty də eyni səbəblə işdən azad edilmişdi.

Bəzi emaillərdə isə prezidentin xanımı haqda irqçi fikirlər yer alıb.

Ferguson polisində araşdırma silahsız qaradərili gəncin polis əməkdaşı tərəfindən qətlindən sonra başlayıb.


Müəllif: