9 Mart 2015 23:09
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərb bölgəsində keçirdikləri əməliyyat nəticəsində 60 İŞİD silahlısı məhv edilib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat Ənbər əyalətinin Əl-Kayim bölgəsində həyata keçirilib.


Əməliyyata İraq Hərbi-Hava Qüvvələrinin də cəlb olunduğu bildirilir. İraqın daxili işlər nazirliyinin açıqlamasında İŞİD-in Ənbər əyalətindəki bir neçə liderinin öldürüldüyü qeyd edilir.


Müəllif: