10 Mart 2015 12:48
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Donetsk Xalq Respublikasının nümayəndələri əsirlərin mübadiləsi üçün 3 siyahı təqdim edib.

Teleqraf.com gazeta.ru-ya istinadən xəbər verir ki, siyahılar iki həftə müddətində hazırlanıb. Verilən təklifdə ilk növbədə mübadilə ediləcək şəxslərin əsgərlər olduğu göstərilir ki, siyahıda bunların sayı 220 nəfərdir. Sonra 800 nəfər məhbus, son mərhələdə isə 900 nəfər dinc sakinin dəyişdirilməsi nəzərdə tutulub.

Rəsmi Kiyev məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Samir


Müəllif: