10 Mart 2015 01:11
261

İraq qüvvələri Tiqrit şəhərini İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatınından geri almaq uğrunda döyüşləri davam etdirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya və İraqda yaraqlılara qarşı əsasən, Kobani və Fəllucədə 13 hava hücumu həyata keçirib.

Pentaqonun sözçüsü polkovnik Stiv Uarren deyib ki, ABŞ və onun müttəfiqləri avqustdan bəri təxminən 2800 hava hücumu təşkil edib.

Samir


Müəllif: