11 Mart 2015 15:40
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevin Vıdubiçi metrostansiyasının yaxınlığında partlayış baş verib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 09:20-də baş verib.

Şahidlərin sözlərinə görə, naməlum şəxs stansiyadakı ticarət köşklərinə qumbara atıb. Hadisə nəticəsində ölən və yaralılarla bağlı məlumat verilmir. Ukrayna mediasında yayılan bəzi xəbərlədə şəxsin metrostansiyaya daxil ola bilmədiyi və buna görə də qumbaranı stansiyanın yaxınlığında yerləşən köşklərə tərəf atdığı bildirilib.

Faktla bağlı şəhər polisi araşdırmalara başlayıb.

Samir


Müəllif: