11 Mart 2015 20:06
368

Ukrayna Donetsk bölgəsinin Debaltsevo şəhərində 66 əsgərini itirib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib. Onun sözlərinə görə, döyüşlərdə daha 300 hərbçi yaralanıb. Poroşenko əlavə edib ki, Ukrayna bütün səylərini atəşkəsin qorunub saxlanılmasına və Mİnsk danışıqlarına əməl etməsinə sərf edir.

Qeyd edək ki, yayılan məlumatda Debaltsevoda dinc sakinlərə məxsus 500 cəsədin tapıldığı açıqlanıb.

Samir


Müəllif: