11 Mart 2015 23:12
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı avstraliyalı Carred Smit Sidneydə evində səhər yeməyinə hazırlaşırmış, lakin az sonra Yeni Cənubi Uelsin Vəhşi təbiəti müdafiə xidmətinə zəng etməli olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Smitin yulaf qutusunun içindən piton aşkarlaması olub. O, bundan çox təəccüblənib.

Hadisə yerinə gələn polis də pitonun balaca qutuya sığışmasına inana bilməyib.

Polis əməkdaşı əlavə edib ki, ilanı qutudan çıxartmaq üçün qutunu kəsmək lazım gəlib.

Mütəxəssislərin fikrincə, piton özünü təhlükəsizlikdə hiss etmək üçün qutunun içinə girib.


Müəllif: