12 Mart 2015 17:01
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Krım, Cənubi Osetiya, Abxaziya və Ermənistanda yerləşən hərbi bazalarında 8 min əsgərin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, NATO döyüş gəmilərinin Qara dənizdə təlimi davam edərkən, Rusiyanın 19 ayrı bölgədə təlimə başlaması gərginliyin artmasına səbəb olub.

Rusiyanın yeni model Hosta və Tornado-G tipli minaatanlarını da təlimdə istifadə etdiyi qeyd edilib. Yayılan məlumatlarda təlimin məqsədinin hərbi hissələrin təhsil səviyyəsini yüksəltmək və koordinasiya bacarıqlarını artırmaqdan ibarət olduğu bildirilib.

5 gün davam edəcək təlimə 300-ə yaxın zirehli texnikanın qatılacağı gözlənilir.

Samir


Müəllif: