13 Mart 2015 01:30
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in rəhbərliyi təşkilatın üzvlərindən yaralı yoldaşlarını öldürməsini istəyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu Tikrit ətrafında öldürülən İŞİD üzvünün üzərindən götürülən bir sənədlə ortaya çıxıb.


Təşkilat rəhbərliyinin belə bir göstəriş verməsinin səbəbi ilə İraqın Mosul və Anbar vilayətlərində yaralıların müalicəsi üçün lazımı imkanlarının olmaması və dərman çatışmazlığı göstərilir. Öldürülən İŞİD üzvünün üzərindən çıxan sənəd İraq kürd regional rəhbərliyinin keçmiş baş naziri Berhan Salehə məxsus “Xəndan” adlı internet saytında yayımlanıb.

Sənədin üzərində terror təşkilatının möhürü var.


Müəllif: