13 Mart 2015 02:28
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kazan şəhərində yanan “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı sayca yeddinci cəsədin qalıqları aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsinin rəhbərinin köməkçisi Andrey Şeptitski bildirib.


Bundan əvvəl altı nəfərin öldüyü bildirilirdi.


“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Ölənlər arasında Tacikistan vətəndaşlarının olduğu bildirilib. Xəsarət alanlar arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Vyetnam vətəndaşları var.


Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda “Admiral” Ticarət Mərkəzinin direktoru, ticarət kompleksinin icarəçisi Hüseyn Qəhrəmanovun saxlanıldığı bildirilib.


Yanğının söndürülməsinə və insanların dağıntılar altından çıxarılmasına 435 nəfər və 100 ədəd texnika cəlb olunub. Rusiya FHN-dən bildiriblər ki, yanğına elektro-texniki nasazlıq səbəb olub.


Ticarət mərkəzinin sahibi Hüseyn Qəhrəmanov isə “LifeNews”a açıqlamasında bildirib ki, hadisədən öncə binanın yandırılacağı ilə bağlı təhdidlər alıb. Buna görə də iş adamı obyektin mühafizəsini gücləndirib, hətta bu işə qohumlarını cəlb edib. H.Qəhrəmanovun sözlərinə görə, dükan sahibləri mallarını çıxarmağa cəhd etməsəydilər, qurbansız ötüşmək olardı.


Qeyd edək ki, yanğın 12 min kv. m-lik ərazini əhatə edib.


Müəllif: