13 Mart 2015 08:23
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xilasedicilər Kazan şəhərində yanmış “Admiral” ticarət mərkəzinin dağıntıları altından bu gecə daha dörd cəsəd çıxarıblar. Bununla da faciə nəticəsində həlak olanların sayı doqquza çatıb.

Tatarıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıginin verdiyi məlumata görə, bütün cəsədlər binanın sol tərəfinin dördüncü çıxışında tapılıb. Yanğın sağda yerləşən kafedə başladığından bir çox ticarətçilər mallarını sol girişdən çıxarmağa çalışıblar.

Dağıntılar altında daha 20 nəfərin, o cümlədən insanları xilas etmək üçün özünü alovun içərisinə atan FHN-in polkovnik-leytenantının ola biləcəyi ehtimal edilir.

Ticarət mərkəzinin dağıntılarının təmizlənməsinə cəlb olunan 800 nəfər üç növbədə çalışır. Artıq kiminsə sağ tapılmasına ümid getdikcə azalır.


Müəllif: