14 Mart 2015 09:00
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katoliklərin ruhani lideri Papa Fransisk Papa seçilməsinin ikinci ili münasibətilə xüsusi açıqlamalar verib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk çölə çıxaraq kimsə tərəfindən tanınmadan bir pizza yeməyi çox arzuladığını söyləyib.

O, bu vəzifəsinin qısa davam edəcəyini hiss etdiyini də ifadə edib. “Papalığımın qısa sürəcəyini hiss edirəm. Dörd, ya da beş il, bəlkə də iki-üç il”, - Papa Fransisk bildirib.

Papa olmaqdan məmnuniyyət duyduğunu ifadə edən argentinalı lider “ancaq sərbəst gəzməyi çox gözlədim. Çölə çıxaraq kimsə tərəfindən tanınmadan bir pizza yeməyi çox arzulayıram” deyib. Papa səyahət etməyi də çox sevmədiyini vurğulayıb.


Müəllif: