15 Mart 2015 01:57
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd Özünümüdafiə Qüvvələri (YPG) və Azad Suriya Ordusu (ASO) Suriyada İŞİD terror təşkilatına növbəti zərbəni vurub.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, həftələrlə davam edən qarşıdurmalardan sonra İŞİD Süleyman Şah Türbəsinin əvvəlki yeri olan strateji Karakozak kəndindən çıxarılıb.

Terror qruplaşması kənddən geri çəkilərkən Karakozak körpüsünü partladıb. Məlumata görə, İŞİD 4 gün bundan əvvəldən başlayaraq, körpü ətrafına partlayıcılar yerləşdirib. Karakozak körpüsünün havaya uçurulması ilə Süleyman Şah Türbəsinin yerləşdiyi əvvəlki ərazi ilə quru arasında əlaqə kəsilib.


Müəllif: