15 Mart 2015 19:09

Boris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Boris Nemtsovun müxalif həmkarı İlya Yaşin açıqlama verib. Onun sözlərinə görə, ölümündən sonra Nemtsovun evində və ofisində axtarışlar zamanı kompüteri və sənədləri götürülsə də, əksər sənədləri əldə etmək mümkün olub. İlya Yashin deyib ki, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.


Müəllif: