15 Mart 2015 22:32

“ Bu böhranı həll etmək üçün əvvəl-axır Bəşər Əsədlə müzakirə masasına oturmaq məcburiyyətindəyik”. APA-nın xəbərinə görə, bunu CBS televiziyasına müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri deyib.


Kerri bildirib ki, Bəşər Əsədin müzakirə masasına oturması üçün daha çox təzyiq etməyə ehtiyac var.

O deyib ki, rəsmi Vaşinqton Suriyadakı müharibənin bitməsi və siyasi barışıq yolu tapmaq üçün “bu istiqamətdə gərgin çalışır”.


Müəllif: