16 Mart 2015 02:25

ABŞ Konqresi keçmiş dövlət katibi Hillari Klintonin şəxsi elektron postundan xidməti yazışma üçün istifadə eləməsi faktı üzrə təhqiqata başlamaq qərarı verib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, araşdırma növbəti həftə başlayacaq.

Konqres keçmiş dövlət katibinin öz şəxsi məktublarını hansı səbəbdən sildiyinə xüsusi diqqət yönəldəcək.

Klinton ətrafında qalmaqal martın əvvəlində başlayıb. ABŞ diplomatiyası başçısının 2009-2013-cü illərdə öz şəxsi qutusundan işgüzar məktublar yazması Vaşinqtonda məyusluq yaradıb.

Klintonun özü isə etiraf edib ki, haqlı deyil, ancaq onu da bəyan edib ki, öz şəxsi poçtundan hər hansı məxfi xidməti informasiya göndərməyib.


Müəllif: