16 Mart 2015 13:53
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latın Amerikasının ən böyük şəhərlərindən olan San Pauloda Braziliya prezidenti Dilma Rousseffə və ölkədə baş verən korrupsiya hallarına qarşı etirazlar artıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təxminən 1 milyondan çox insan nümayiş aksiyalarında iştirak edib. Etirazçılar korrupsiyada adı hallanan 50 dövlət məmurunun cəzalandırılmasını və prezidentin istefasını tələb ediblər.

Yayılan bəzi məlumatlara görə, ölkədə polislə heç bir qarşıdurma baş verməyib.

Samir


Müəllif: