16 Mart 2015 16:00
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran məhkəməsi İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlunu həbs edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Mehdi Haşemi Rəfsəncani təhlükəsizlik və maliyyə cinayətlərində təqsirli bilinib.

O, İranda 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra iğtişaşlara təhrik etməkdə ittiham olunub. Mehdi 2012-ci ildə Britaniyadakı sığınacaqdan qayıdandan sonra həbs edilib.

Qeyri-rəsmi məlumatlara görə, Mehdi Haşemi Rəfsəncani 15 il müddətinə azadlıqdan məhrum edilib.

Samir


Müəllif: