16 Mart 2015 15:45
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın qərbindəki Vuppertal şəhərində "Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) təşkilatının fəallarının və solçu radikalların aksiya cəhdi hüquq-mühafizə orqanları ilə toqquşmalalarla müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, siyasi baxışlarının müxtəlifliyini nəzərə alaraq, tərəflər arasında toqquşmaların qarşısını almaq üçün əraziyə minlərlə polis əməkdaşı cəlb olunub. Etirazçılar asayiş keşikçilərinə partlayıcı maddə və şüşə qablar atıblar. Onlar polis mühasirəsini yarmağa cəhd göstəriblər. Polislər də öz növbəsində aksiya iştirakçılarına təzyiqlər ediblər.

Asayiş keşikçiləri təhlükəsizlik tədbirləri çərçivəsində PEGİDA tərəfdarlarının nümayişlərini başa çatdığını elan edərək, etirazçıları şəhərin mərkəzindən uzaqlaşdırıb.

Samir


Müəllif: