17 Mart 2015 09:25
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində Ukrayna silahlı qüvvələrinə məxsus hərbi maşının vurduğu 8 yaşlı qız uşağının ölümü şəhərdə iğtişaşlara səbəb olub.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Qəzəblənmiş izdiham hərbçilərin müvəqqəti yaşayış məntəqələrinə hücum edib.

Yol-nəqliyyat hadisəsi şəhər xəstəxanası yaxınlığında baş verib. Uşağın yanında olan xalası xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha sonra açıqlama verən vilayət milis rəhbəri Vyaçeslav Abroskin azyaşlının zərər çəkmədiyini deyib.

Milis rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisəsinə hərbçilərin yol hərəkəti qaydalarını pozması səbəb olub: “Qəzada günahkar olan iki hərbçi saxlanılıb və hərbi prokurorluğa verilib”.

Hadisədən sonra 100-dən çox insan ukraynalı hərbçiləri yaşayan iqtisadiyyat texnikumu yataqxanasının binasına yollanıb. İzdiham binanın pəncərələrini sındırıb və onun önündə bir neçə avtomobili yandırıb.

Samir


Müəllif: