18 May 2014 11:20
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Soma mədənində baş verən faciədə həyatlarını itirənlərə şəhid statusu veriləcək.

Teleqraf.com bildirir ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi ilə əlaqədar təlimat verib.

Təlimata əsasən terror aktları zamanı həyatını itirən şəxslər üçün işlədilən “mülki şəhid” ifadəsi Soma faciəsi zamanı həlak olan mədənçilər üçün də istifadə olunacaq.

Belə ki, bundan sonra Somada həlak olan mədənçilər barəsində “mülki şəhid” ifadəsi işlədiləcək.

Təlimata əsasən həlak olan mədənçilərin ailə üzvləri qısa müddət ərzində iş və maaşla təmin ediləcək.

Qeyd edək ki, Somadakı mədən faciəsində həyatını itirən işçi sayı 301-ə çatıb. 485 işçi faciədən canlı olaraq xilas olub.


Müəllif: