17 Mart 2015 20:06

Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq əldə etməyin əleyhinə deyil.

Bu barədə müğənni bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Kikabidzenin sözlərinə görə, bu məsələdə onu xanımı da dəstəkləyir: "Dünən həyat yoldaşıma dedim ki, gəl, siyasi sığınacaq istəyək. O isə "yaxşı" dedi".

Kikabidze həmçinin vurğulayıb ki, Ukrayna hökumətində təmsil olunan yeni gürcü nazirlər ölkəni böhrandan çıxarmağa kömək edəcək.

Müğənni əlavə edib ki, Rusiya Gürcüstana hücum edəndə ukraynalılar Tiflisin müdafiəsinə qalxmışdı, indi biz bunun əvəzini ödəyirik.


Müəllif: