18 Mart 2015 09:29
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyada geniş ərazilərə nəzarət edən “İslam Dövləti”nin (İŞİD) yeni hədəfi Əfqanıstandır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanla bağlı hazırlanan hesabatlarda İŞİD-in bu hədəfinə yaxınlaşdığı bildirilir.


Məlumata görə, İŞİD 2015-ci ilə ilk aylarından başlayaraq Əfqanıstanda Talibanla yaranan boşluğu doldurmaq üçün hərəkətə keçib. Yanvar ayında Talibanın bəzi üzvləri İŞİD-in lideri Əbubəkr Əl-Bağdadiyə sədaqət andı içib. ABŞ və Əfqanıstan rəsmiləri İŞİD-in Əfqanıstanda tərəfdarlar toplamaq üçün hərəkətə keçdiyini təsdiqləyir.


Əfqanıstanla bağlı hazırlanan son hesabatlara görə, İŞİD-in Əfqanıstanda mövqeyi hər keçən gün güclənir. Əfqanıstanda baş verən proseslərdən Rusiya olduqca narahatdır. İŞİD-in Şimali Əfqanıstandakı fəaliyyəti ilə bağlı hazırlanan hesabatların ciddi qəbul edilməli olduğunu deyən Rusiyanın BMT nümayəndəsi Vladimir Safronkov xəbərdarlıq edib ki, Orta Asiya ölkələri İŞİD-in yeni dayanacağı ola bilər.


Hazırda ABŞ-ın Əfqanıstanda təxminən 10 min əsgəri var və 2015-ci ilin sonuna kimi onların sayının 5500-ə qədər azaldılması planlaşdırılır. Ekspertlər isə hesab edir ki, İŞİD təhlükəsi ABŞ-ın Əfqanıstandan çıxmaması üçün bir bəhanə ola bilər. ABŞ-ın maraqlarına cavab verəcək daha bir məqam isə Rusiyanı cənubdan daim təzyiqdə saxlamaqdır.


Müəllif: