18 Mart 2015 15:54
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qara dənizdə hərbi təlimlərə start verib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, rəsmi Moskva yaxın günlərdə 4 ayrı-ayrı təlim keçirmək niyyətində olduğunu bəyan edib.

Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən, bu dəfəki təlimdə 38 min əsgər, 41 döyüş gəmisi, 15 sualtı qayıq, 110 hərbi təyyarə və vertolyot, 3360 ağır texnika müharibəyə tam hazır vəziyyətinə gətirilib.

Qeyd edək ki, NATO hərbi gəmiləri Qara dənizdə təlimlərə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Brad Vilyamın rəhbərlik etdiyi hərbi təlimlər Rusiyanın ilhaq etdiyi Krım yarımadasının sahillərində keçirilir. Hərbi təlimlərdə Türkiyə, İtaliya, ABŞ, Almaniya, Rumıniya və Kanadanın hərbi gəmiləri iştirak edir.

Samir


Müəllif: