19 Mart 2015 10:32
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Təhlükəsizlik Şurası Tunisdə muzeyə hücumu pisləyən bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, bəyanatda bildirilir ki, heç bir terrorçu hərəkəti ölkənin demokratiya yolunu əngəlləyə bilməz.

Tunis prezidenti Beji Said Essebsi televiziya ilə xalqa müraciətində deyib ki, ölkə terrora qarşı müharibə aparır.

ABŞ dövlət katibi Con Kerri və Avropa ölkələrinin bir çox dövlət başçısı da hücumu pisləyib. Kerri vurğulayıb ki, Vaşinqton hökumətin təhlükəsiz, firavan və demokratik Tunisi inkişaf etdirmək cəhdlərini dəstəkləyir.

Xatırladaq ki, martın 18-də Tunisin mərkəzindəki Bardo muzeyinə silahlı hücum olub, 17 turist və 2 tunisli öldürülüb. Təhlükəsizlik qüvvələri muzeydəki girovları xilasetmə əməliyyatında iki yaraqlını məhv edib, iki yaraqlı isə qaçıb.


Müəllif: