19 Mart 2015 16:05
385

Misir əcnəbi turistlərin ölkəyə gəlməsi üçün vizaların alınması qaydalarına dəyişikliklər etməyi planlaşdırır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Mayın 15-dən etibarən Ehramlar ölkəsinə fərdi qaydada gəlmək istəyən əcnəbilər öncədən öz ölkəsindəki Misir konsulluğundan viza almalıdırlar. Nəzərdə tutulan yeniliklər turist qruplarına şamil olunmayacaq. Yeni qaydalara görə, hazırda bir çox ölkələr üçün qüvvədə olan vizaların aeroportda alınması qaydası ləğv olunur.

Qeyd edilir ki, bu tədbir təhlükəsizlik məsələləri ilə də bağlıdır. Lakin turist axınına mənfi təsir göstərərsə, qaydalara yenidən baxıla bilər.

Rüstəm


Müəllif: