20 Mart 2015 01:20

Ukrayna Ali Radası bu gün ölkənin kəşfiyyat orqanlarına Donbasın işğal olunmuş ərazilərində xüsusi əməliyyat keçirməyə icazə verən qanunu qəbul edib.


APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, qəbul olunması üçün 226 səs tələb olunan müvafiq qərarı 258 deputat dəstəkləyib. Qanun layihəsinin təşəbbüskarları qeyd olunan qərarın Ukraynanın müvafiq qurumlarının kəşfiyyat fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edəcəyini vurğulayırlar.


Sənədin prezident tərəfindən imzalanacağı gözlənilir. Qanun qüvvəyə rəsmi mətbuatda dərc edilən gündən qüvvəyə minmiş hesab olunacaq.


Müəllif: