20 Mart 2015 07:37
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramı üzrə İran və ABŞ arasında aparılan danışıqların qaralaması mətbuata sızıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuata sızan sənədə görə, İran santrifüqlərin sayını 6 minlə məhdudlaşdıracaq.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə son danışıqlar martın 17-də Lozannada keçirilib. İranın nüvə məsələləri üzrə təmsilçisi Əli Əkbər Salehi deyib ki, ölkənin nüvə proqramı üzrə danışıqlarda “texniki məsələlərin 90 faizi ilə bağlı” razılaşma əldə olunub.

“Altılıq” (Rusiya, ABŞ, Çin, Fransa, İngiltərə və Almaniya) və İran arasında nüvə razılaşmanın imzalanması üçün son tarix olaraq 31 mart müəyyən edilib. Razılaşmanın məqsədi Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması qarşılığında beynəlxalq sanksiyalara ləğv etməkdir.

ABŞ dövlət katibi Con Kerri İran ilə nüvə müzakirələrində “bəzi çətin məsələlər”in qaldığını, ancaq 31 mart öncəsi irəliləyişin əldə olunduğunu bildirib.


Müəllif: