20 Mart 2015 07:43

Braziliyanın paytaxtı Brazilia şəhərində tibb tarixində nadir görülən dəhşətli bir hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, diş ətinin şişməsi və ağrıması şikayəti ilə həkimə müraciət edən qızın üst damağından 15 ədəd milçək sürfəsi çıxıb.

Ana Kardoso adlı 10 yaşlı qız diş ətinin şişərək ağrıdığını və ağzında nəyinsə tərpəndiyini deməsi ilə anası tərəfindən diş həkiminə aparılıb.

Qızı müayinə edən həkim onun şişən üst damağında milçək sürfələri müəyyən edib.

Həkim kiçik bir əməliyyatla qızın damağından 15 sürfə çıxarıb.

Həkimlər kiçik qızın xəstəliyinə, milçək sürfələri kimi parazitlərin yaratdığı xəstəlik növü olan “Miaz” diaqnozu qoyub. Bu cür xəstəliklərə əsasən kasıb insanların yaşadığı isti iqlimlərdə təsadüf edildiyi bildirilib. Bu xəstəliyə burunda və qulaqda da rəst gəlindiyi, sürfələrin beyinə keçməsinin isə ölümcül nəticələri olduğu vurğulanıb.


Müəllif: