20 Mart 2015 20:59
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimalında dəhşətli qatar qəzası baş verib.

Teleqraf.com radikal.com.rt-ə istinadən xəbər verir ki, hadisə zamanı ən azı 15 nəfərin öldüyü, 150 sərnişinin isə yaralandığı bildirilib. Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etməyib. Yerli mediada verilən məlumatlarda qəzada həyatını itirənlərin ailələrinə 3200 dollar təzminatın ödəniləcəyi açıqlanıb.

Samir


Müəllif: