18 May 2014 21:04
709

Nigeriyada "Boko Haram" qruplaşması tərəfindən qaçırılan 200-dən çox məktəbli qızdan 2-si tapılıb.

Kimsəsiz bir ərazidə ağaca bağlanmış vəziyyətdə tapılan qızları görənlər dəhşətə gəliblər. Üst-başları qan içində olan qızlara ağır işgəncələr verildiyi, onlara təcavüz edildiyi məlum olub. Qızların tapılmasına, 2 il boyunca qruplaşmanın əlində girov tutulmuş başqa bir qız kömək edib.

Qeyd edək ki, bir müddət əvvəl 200-dən çox məktəbli qızı oğurlayaraq dünya gündəminə düşən qruplaşma üzvləri ilə artıq heç bir danışıqlar aparılmayacaq.

Fransanın paytaxtı Parisdə keçirilən Afrika sammitində liderlər belə bir qərara gəliblər. Nigeriya prezidenti Qudlak Conatan çıxışı zamanı qeyd edib ki, Boko Haram əvvəllər müəyyən dini prinsipləri olan hər hansı bir yerli silahlı qruplaşma idisə, indi bu qruplaşma tamamilə əl-Qaidənin bir hissəsi kimi fəaliyyət göstərir /Bizimyol.info/.


Müəllif: